top of page

Uzman Doktor Azər İsmayılov

 

Tiroid vəzi (qalxanvari vəz, zob) süd vəzi, piylənmə cərrahiyyəsi, öd və öd yolları, hemoroid (babasil) və digər mədə – bağırsaq sistemi xəstəlikləri mövzusundakı suallarınıza əlaqədar bölmələrdən və video qeydlərdən ətraflı cavab ala biləcəyinizi ümid edirik.
Virtual olaraq müalicə təklifi, həkim adı və bir əməliyyat sonrasındakı problemlər xaricindəki bütün suallarınıza cavab veriləcəkdir.

Sağlam günlər diləyirəm.

İcbari tibbi sığorta nədir?

İcbari tibbi sığorta həmrəylik prinsiplərinə əsaslanan sosial layihədir. Bu layihənin məqsədi səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək, habelə əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir.
Ölkədə səhiyyə xidmətlərini müasir tələblərə uyğunlaşdırmaq, bu sahənin mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirməklə əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltmək və icbari tibbi sığorta sisteminin tətbiqini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb.

md1.jpeg

Xəstəliklər

bottom of page