top of page
laparoskopik.jpeg

Laporoskopik Cərrahiyyə

Laparoskopik cərrahiyyə ümumi anesteziya altında, qarın içərisinə optik kamera yerləşdirilərək qarın boşluğunda olan organların görülərək əməliyyat aparılması prinsipi əsasında həyata keçirilir. əhali arasında qansız, qapalı,bıçaqsız ve ya lazer olaraq bilinməkdədir.

Uzun illərdirki aparılan kəsikləri kiçiltmək hər bir cərrahın xəyalında olmuşdur. Tarixə baxdığımız zaman ilk dəfə 3000 il bundan qabaq rektoskop ( yoğun bağrsağa baxmaq üçün olan alət ) icad edilmişdir. Hal hazırda yüksək sürətlə inkişaf edən texnologiya cihazların cərrahiyyədədə öz əksini tapmaqdadır. 

Ümumi cərrahiyyə sahəsində ilk laparoskopik cərrahiyyə əməliyyatı 1980 ci illərin axırlarında laparoskopik öd kisəsi əməliyyatı aparılmışdır. Bu əməliyyat bütün dünyada cərrahiyyə sahaəsində cox ciddi şəkildə bir iz açmişdır. Eyni zamanda çox qəbul edilən və geniş istifadə edilən bir metoda çevrilmişdir. Laparoskipik Öd kisəsi əməliyyatında əldə edilən uğurun davamı olaraq demək olar ki, qarın boşluğunda bütün organlar laparoskopik üsulla həyata keçirilməyə başlanmışdır. Qonşu Türkiyyə cumhuriyyətində bu metod 1990 ci illərdən bəri həyata keçirilməyə başlanmışdır.

Laparoskopik cərrahiyyə necə həyata keçirilir ?

Laparoskopik cərrahiyyə əməliyyatı qarın boşluğuna yerlədirilən bir kamera vasitəsiylə geniş ekranda görülərək həyata keçirilir. Optik kamera köməkliyi ilə 20 dəfə artıq böyütmə əldə edilir. Organlar açıq əməlliyyat sırasında görüldüyündən daha aydın şəkildə görülür. Giriş deşikləri əməliyyatın forması və hansı organda olmasına bağlı olaraq dəyişə bilər.

Laparoskopik cərrahiyyə əməliyatxanda ümumi anesteziya altında həyata keçirilir. Bunun əsas səbəbi qarın içərisinə doldurulan qazın oyaq olan xəstədə organlarda gərilməyə səbəb olması və ciddi şəkildə ağrıların ortaya çıxmasıdır. Buna görədə xəstələr mütləq şəkildə yatırılaraq əməliyyat edilir.

Kimlər laparoskopik cərrahiyyəyə uyğundur ?

Əslində laparoskopik cərrahiyyədə hər hansı yaş məhdudiyyəti olmasada, Laparoskopik cərrahiyyə, əməliyyat edən həkimin təcrübəsinə və xəstəxananın bu sahədə təchizatına bağlıdır. Xəstə və xəstəliyə bağlı vəziyyətin yaxşı bir şəkildə qiymətləndirilməsi tələb olunur.

Laparoskopik cərrahiyyənin üstünlükləri nələrdir ?

Təcrübəli cərrah tərəfindən icra olunan laparsokopik əməliyyatların açıq əməliyyatla müqayisədə daha yaxşı nəticə verdiyi elmi araştırmalarla sübuta yetirilmişdir. Laparoskopik cərrahiyyədə böyük kəskiklərin olmaması ( burada əməliyyat  0.5 – 1 cm kəsiklər aparılaraq icra olunur ), başqa tərəfdən bu proses sonrası xəstələrin qısa zamanda yatağdan qalması, xəstələrin xəstəxanada qalma müddətinin azalması, böyük kəsiklərlə müqayisədə yara yeri infeksiyasının az olması və kosmetik olaraqda daha yaxşı nəticə verməsi laparoskopik cərrahiyyənin əsas üstünlükləri arasında yer alır. Açıq əməliyyat sonrası əmələ gələn qarın içi yapışıqlıqların laparoskopik cərrahiyyə ilə müqayisədə daha az olması bir başqa üstün cəhətdir.

Laparoskopik cərrahiyyə hansı xəstəliklərin müalicəsində istifadə edilir ?

Laparoskopik cərrahiyyə, öd kisəsi, apendisit, reflüx, mədə yırtığı, qasıq yırtığı, dalaq olmaqla yanaşı bir çox qarın boşluğu cərrahiyyəsində uğurlu bir şəkildə icra edilir.

 
bottom of page